Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib
    • 5-04-2019, 10:38
    • 1 101

Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib

Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.

News24.az ONA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var.