282 nəfər işə QƏBUL OLUNDU
    • 7-01-2020, 11:39
    • 625

282 nəfər işə QƏBUL OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

BŞTİ-dən News24.az-a verilən məlumata görə, onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər çağırışaqədərki hazırlıq rəhbəri, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub.