Türkiyə alimdən xəbərdarlıq: Smartfonla yatmaq...
    • Dünən, 22:59
    • 252

Türkiyə alimdən xəbərdarlıq: Smartfonla yatmaq...

Trakya Universiteti (TU) Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk, smartfonlarla yatmağın yuxu sağlamlığına mənfi təsir etdiyini bildirib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecə yatmazdan əvvəl smartfon ekranına baxmağın yuxusuzluğa səbəb olduğunu ifadə edən Öztürk, yataqda telefonla vaxt keçirməyin yuxu hormonlarının ifrazını maneə törətdiyini vurğulayıb:

"Smartfon ekranları parlaq işıq yayır. Telefon ekranı mavi spektrdə işıq olduğu üçün beynimizdən ifraz olunan və yuxu üçün çox vacib olan melatonin hormonunun ifrazını boğur. Bu bastırma həm yuxuya getməyimizi çətinləşdirir, həm də yatmağa davam edərkən yuxunun kövrəkliyini artırır. Oyun oynamaq, video izləmək və sosial mediada vaxt keçirmək yuxunu gecikdirir. Bu vəziyyət yuxuda faza dəyişikliyinə səbəb olur və yuxunu pozur. Bundan əlavə maraq məzmunu insanda oyanışa səbəb ola bilər. Tam istirahət vəziyyətinə nail olunması lazım olan bir zamanda yuxuya getməyin qarşısını alır".

Yataq otağında telefon, planşet və kompüter istifadə etməməyi tövsiyə edən Öztürk sözlərini belə davam etdirib:

"Yataq otağında telefon varsa, çarpayıdan ən azı 2 metr aralıda olmalıdır. O, əlçatmaz olmamalıdır. Təbii ki, indi telefona daima baxmaq vərdişi var. İnsanlar indi davamlı olaraq telefonun olub-olmadığını yoxlayırlar. Telefonlarına mesajlar gəlib, bunlar da psixologiyanı pozur”./sherg.az