Tovuzda qızın vəhşicəsinə öldürülməsi: HƏDƏF QOHUMLARIDIR
    • 7-01-2020, 15:03
    • 980

Tovuzda qızın vəhşicəsinə öldürülməsi: HƏDƏF QOHUMLARIDIR

Noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Quliyeva Nərmin Şərif qızının qatili qohumlarından biri ola bilər. Hazırda istintaq bunu ən çox ehtimal olunan versiya kimi irəli sürür.

hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qız əmisi Lətif Quliyevin həyətindən yoxa çıxıb. Nərminin həyətə necə girməsini görən şahidlər tapılsa da, lakin heç kim qızın oradan necə çıxmasını görməyib.

Xatırladaq ki, qızın yanmış cəsədi yanvarın 6-da təxminən saat 21:00-da tapılıb. Polisin məlumatına görə, cəsəd Nərminin yaşadığı evdən 300 metr məsafədə aşkarlanıb.

Çərşənbə axşamı səhər saatlarında Baş Prokurorluğun əməkdaşlarından ibarət ekspert qrupu Bakıdan gələn zaman hüquq-mühafizə orqanları cəsədin qalıqlarını ekspertiza üçün onlara təhvil veriblər.

İlkin məlumatlara görə, faktla bağlı hələlik yalnız qızın cəsədinin alova büründüyünü ilk görən şəxs - qonşusu (istintaq maraqları naminə adı açıqlanmır) saxlanılıb. Cinayətin təfərrüatlarının müəyyən edilməsi üçün hazırda saxlanılan şəxs dindirilir.

Əslində cinayətdə istintaq-əməliyyat qrupunun üzvləri qurbanın yaxınlarından şübhələnir. Hazırda bütün şübhəlilər dindirilir, lakin hələlik konkret şəxsə işarə edən sübutlar yoxdur.

Versiyalardan birinə görə, cəsədin yandırılma yeri (evin yaxınlığında) təsadüfən seçilməyib.

“Bu yolla cinayətkar şübhələri öz üzərindən atmaq və məntiqi izahla əməliyyatçıları yanıltmaq istəyir: “Əgər bu, mən olsaydım, cəsədi öz evimin yanında yandırardımmı?”. Quliyevin bütün qardaşları Lətif, Arif və Şərif bir-birilərinə çox yaxın yerlərdə yaşayırlar. İşlər davam etdirilir və tezliklə qatilin kimliyi müəyyənləşdiriləcək”, - mənbə bildirib.

Maraqlıdır ki, Nərminin yoxa çıxmasından ən çox onun nənəsi narahat olub. Uşağın valideynləri şübhəli dərəcədə sakitlik nümayiş etdirib. Baxmayaraq ki, öldürülən uşağın anası da həmçinin, qızının qaynının həyətindən yoxa çıxdığını təsdiqləyir.
İstintaq davam edir. /Oxu.Az/