Ukrayna İrana uçuşları DAYANDIRDI
    • 8-01-2020, 12:52
    • 1 024

Ukrayna İrana uçuşları DAYANDIRDI

Ukraynanın beynəlxalq hava yolları İranda baş verən təyyarə qəzası ilə bağlı bu ölkəyə uçuşları müvəqqəti dayandırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuşlar qəzanın səbəbinin bəlli olmasına qədər təxirə salınıb. Bu barədə şirkətin prezidenti Yevgeni Dınxabaş tutan xüsusi brifinqdə məlumat verib.

Qeyd edək ki, "Ukrayna Beynəlxalq Hava Yolları"na aid  "Boeing-737" təyyarə Tehranın İmam Xomeyni beynəlxalq hava limanında qəzaya uğrayıb.

Təyyarə havaya qalxdıqdan bir müddət sonra qəza baş verib. Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.