Sabunçuda maşın vuran qadın 169 saylı məktəbin müəlliməsi imiş –FOTO
    • 8-01-2020, 13:43
    • 3 589

Sabunçuda maşın vuran qadın 169 saylı məktəbin müəlliməsi imiş –FOTO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 7-də saat 19 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini O. Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ofeliya Bağırovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

News24.az-a daxil olan məlumata görə, Ofeliya Bağırova Sabunçu rayonu 169 saylı məktəbdə Azərbaycan dili fənnindən dərs deyib.

O, müəllim kimi 1994-cü ildən fəaliyyət göstərib. Allah rəhmət etsin! 

Afaq Mirayiq