Qonağın cəsədi bir neçə gün Yeni il masası arxasında oturdu
    • 9-01-2020, 16:04
    • 1 143

Qonağın cəsədi bir neçə gün Yeni il masası arxasında oturdu

Qonağın cəsədi bir neçə gün Yeni il masası arxasında oturub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Belarusiyanın Vitebsk vilayətinin Çeressı kəndində baş verib. Kənd sakini polisə müraciət edərək ərinin bir neçə gün evə gəlmədiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları son dəfə onun Rusiyadan qayıdan bir dostunu ziyarət etdiyini öyrəniblər.

Axtarışdan sonra itkin düşmüş şəxsin cəsədi dekabrın 30-da Yeni il gecəsi olduğu bayram masasında kresloda olub.

Müayinə zamanı mərhumun kəllə-beyin travması aldığı bilinib. Ev sahibi mübahisə əsnasında odunla ona zərbə yetirdiyini etiraf edib. Ancaq xəsarətlərin ciddiliyinə əhəmiyyət verməyərək bayramı davam etdirdiyini açıqlayıb. Həmin şəxsin öldüyünü bildikdən sonra isə polisə müraciət etmədiyini deyib.

1966-cı il təvəllüdlü şübhəli, ev sahibi barəsində, Belarusiya Cinayət Məcəlləsinin 147-ci maddəsinin 3-cü hissəsi ("Qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən ölüm") ilə cinayət işi açılıb. Şübhəlini 15 ilədək həbs cəzası gözləyir.