-
- 9-01-2020, 18:16
- 1 027
“DSK-ların qərarları ləğv ediləndə bəziləri buradan qəhrəman kimi çıxırlar” - MSK SƏDRİ
“Dairə seçki komissiyalarının tərkibində xətşünas ekspertlər yoxdur”.
News24.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK üzvü İlham Məmmədov bildirib. İ. Məmmədov deyib ki, bu səbəbdən dairə seçki komissiyalarında bəzi namizədlərin imza vərəqələrindəki imzaların yoxlanılması ilə bağlı problemlər ortaya çıxır.
Qeyd edək ki, 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş İlahə Sadıqovanın namizədliyi imza vərəqələrindəki imzaların bir neçəsi şübhəli sayıldığı üçün müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmayıb. MSK-nın ekspert qrupu isə yoxlama aparıb və etibarlı imzaların sayının 467 nəfər olduğu müəyyənləşib. Buna görə də MSK DSK-nın qərarını ləğv edib və İlahə Sadıqovanın namizədliyi qeydə alınıb.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, DSK-lar imza vərəqələrində belə problemlər aşkarlayanda MSK-nın müvafiq ekspert qrupuna müraciət etməlidir: "Bu gün müraciətinə baxılan namizədliyini irəli sürmüş şəxsin imza vərəqələrində imza verən şəxslərin şəxsiyyət vəsiqələrindəki imza ilə imza vərəqələrindəki imzalar fərqlənib. Bu məsələlər deyilməlidir. Çünki MSK DSK-nın buna əsaslanan bəzi qərarlarını ləğv edəndə bəziləri buradan qəhrəman kimi çıxırlar”. /apa.az/