Yevlaxdakı məktəbdə baş verən partlayışla bağlı Təhsil Şöbəsindən RƏSMİ AÇIQLAMA
    • 9-01-2020, 21:55
    • 930

Yevlaxdakı məktəbdə baş verən partlayışla bağlı Təhsil Şöbəsindən RƏSMİ AÇIQLAMA

Yevlax Şəhər Təhsil Şöbəsi bildirir ki, yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb. 

News24.az -a verilən açıqlamada bildirib ki, hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə - 5 saylı şəhər kliniki xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir.

Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb.

Məktəbin istilik sistemi qurğusu istismara yararsız vəziyyətə düşdüyündən hazırda bununla bağlı iş aparılır.