Suraxanıda xəstəxanada yanğın olub
    • 15-08-2019, 23:40
    • 969

Suraxanıda xəstəxanada yanğın olub

Axşam saat 20:00 radələrində Bakının Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin News24.az -a verdiyi məlumata görə, hadisə zamanı 14 kv.metr ərazi yanıb.
Yanğın saat 23:26 radələrində yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.