Badamdarda sürüşmə sahəsində aktivlik davam edir - ETSN rəsmisi
    • 10-01-2020, 10:24
    • 949

Badamdarda sürüşmə sahəsində aktivlik davam edir - ETSN rəsmisi

“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir”.

Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu gün səhər yenidən sürüşmə ərazisinə baş çəkib: “Gərginlik hələ də qalmaqdadır. Sürüşmə sahəsində xırda uçqunlar baş verir. Hazırda sürüşmə sahəsinin ölçülərində dəyişiklik yoxdur. Müəyyən çatlar var idi, artıq həmin çatlarda gözlə görünən  artımlar müşahidə olunur”.

Monitorinq və araşdırmalar davam etdirilir.