Badamdarda sürüşmə  davam edir
    • 13-10-2018, 10:05
    • 1 549

Badamdarda sürüşmə davam edir

"Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə bu gün saat 8 radələrindən başlayaraq aktivləşib".Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, sürüşmə 10 gün əvvəl başlayıb: "Biz gecədən burdayıq. Sürüşmə bir dəfə, səhər saatlarında baş verib. Sürüşmə təxminən 200 metrdən artıq eni olan bir ərazidir. Torpaq asfalt kütləsinə qədər gəlib çıxıb. Üzərində olan istinad divarının əksər hissəsi çöküb".