-
- 9-01-2020, 12:18
- 994
Badamdarda sürüşmə sahəsində yenidən aktivlik davam edir – ETSN -YENİLƏNDİ
Saat 12:00-a olan məlumatına əsasən, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən News24.az-a bu barədə verilən məlumata görə, hazırda Müşahidələr davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır.
****
“Yanvarın 9-u səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib”.
News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur:
"Tərəfimizdən ərazidə monitorinqlər aparılır".
Afaq Mirayiq