“İlkini tanıyırıq...”- Nərminin əmisi İLKİN ADLI ŞƏXSİN POLİSDƏ OLDUĞUNU TƏSDİQLƏDİ
    • 10-01-2020, 12:18
    • 4 322

“İlkini tanıyırıq...”- Nərminin əmisi İLKİN ADLI ŞƏXSİN POLİSDƏ OLDUĞUNU TƏSDİQLƏDİ

“Bəli, İlkin bizim yaxınlığımızda qalır. Nərminin cəsədini ilk söndürən də o olub”. 

Bunu Tovuz rayonu Dondar Quşçu kəndində amansızcasına yandırılaraq öldürülən Nərminin əmisi Lətif Quliyev News24.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda İlkindən izahat alınır: “Qatil olduğunu biz deyə bilmərik. Hazırda ondan izahat alırlar”. 

L.Quliyev onu da əlavə edib ki, İlkinin bu ailə ilə hər hansı qohumluq əlaqəsi yoxdur: “Ailəmizi tanıyır, yanımzıda olublar. Qardaşımın sinif yoldaşı olub. Bəli, bizdən 300-400 metr aralıda yaşayır. Ailəmizlə də  heç bir ədavəti olmayıb”.

Nərminin əmisi qeyd edib ki, Nərminin cəsədini ilk söndürən adam İlkin olub: “Amma onun Nərmini öldürəcəyini zənn etmirəm. O elə adam deyil. Ondan şübhələnmirəm”.

Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində atasının gödəkçəsini gətirmək üçün həmin kənddə yaşayan əmisinin evinə gedib və əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

Yanvarın 6-da Nərminin yandırılmış meyiti evlərinə yaxın ərazidə tapılıb. Baş Prokurorluq Nərminin meyitini bir kənd sakininin aşkar etdiyini açıqlayıb.

Afaq Mirayiq