Türkiyədə Rusiya tankeri ilə Türkiyə gəmisi toqquşdu - - İTKİN DÜŞƏNLƏR VAR
    • 10-01-2020, 13:06
    • 735

Türkiyədə Rusiya tankeri ilə Türkiyə gəmisi toqquşdu - - İTKİN DÜŞƏNLƏR VAR

Türkiyə sahillərində Boğazın cənub-qərbində, rus tankeri və türk balıqçı gəmisi toqquşub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Komandanlığı məlumat verib. Toqquşma nəticəsində balıqçılar olan türk gəmisi batıb.

Üç vətəndaş xilas edilib daha üç nəfərin axtarışı davam etdirilir:"10 yanvar 2020-ci il tarixində, səhər 6:30-da Boğazdan 5 mil cənub-qərbdə Rusiya bayrağı ilə Rusiyadan İzmirə səfər edən tanker türk balıqçı gəmisi ilə toqquşub. Sahil Mühafizə Komandanlığının dörd qayıq və bir sahil helikopteri hadisə yerinə dərhal göndərilib". 

Axtarış-xilasetmə əməliyyatı davam edir.