Bakıda qızları satan Mədinənin ŞOK ƏMƏLLƏRİ
    • 11-01-2020, 11:50
    • 1 543

Bakıda qızları satan Mədinənin ŞOK ƏMƏLLƏRİ

Bakıda insan alveri ilə məşğul olan qadın barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Mədinə Gülməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, yəni, insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə maddəsilə açlan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, iş üzrə Hüseynova soyadlı 2 qadın zərərçəkən şəxs qismində tanınıb. Onlar Mədinə Gülmmmədovanın təşkilatçılığı ilə müxtəlif şəxslərlə münasibətə girməyə məcbur edilib.