Bakıda 3 qadını satan Müşfiqə məhkəməyə çıxarılır
    • 3-08-2019, 13:01
    • 908

Bakıda 3 qadını satan Müşfiqə məhkəməyə çıxarılır

Bakı şəhərində həmcinslərini satan qadın barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, yəni, insan alveri – 2 və ya daha artıq şəxs barəsində törədildikdə maddəsi ilə ittiham edilən Müşfiqə Kazımovanın işi Bakı Ağır Cinayətlər Məhkəsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına vrilib və hazırlıq iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, iş üzrə 3 qadın zərərçəkən şəxs qismində tanınıb. M.Kazımova həmin qadınları müxtəlif vaxtlarda təşkil etdiyi yerlərdə kişilərə satıb.