"Video naməlum şəxs tərəfindən çəkilib" - SƏHİYYƏ NAZİRLİYİ AÇIQLADI
    • 11-01-2020, 15:39
    • 939

"Video naməlum şəxs tərəfindən çəkilib" - SƏHİYYƏ NAZİRLİYİ AÇIQLADI

Səhiyyə Nazirliyi sosial şəbəklərdə yayılan videogörüntü ilə bağlı rəsmi məlumat yayıb. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntü, 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

Videogörüntünü xəstəxanaya yoxlanışa, yaxud xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. 

Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.