Balakəndə naməlum xəstəlik yayılıb? - RƏSMİ AÇIQLAMA-FOTO
    • 17-09-2019, 11:01
    • 1 509

Balakəndə naməlum xəstəlik yayılıb? - RƏSMİ AÇIQLAMA-FOTO

Səhiyyə Nazirliyi Balakəndə naməlum xəstəliyin yayılması və kəndlərdə karantin elan edilməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:
"Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".