Nazirlik daha 15 növdə e-arayış xidmətini İSTİFADƏYƏ VERƏCƏK
    • 13-01-2020, 10:39
    • 842

Nazirlik daha 15 növdə e-arayış xidmətini İSTİFADƏYƏ VERƏCƏK

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 2019-cu ildə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb.
Onlar aşağıdakılardır: 
    1. İş yerinə dair e-arayış xidməti 
    2. Əlilliyə dair e-arayış xidməti
    3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
    4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
    5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
    6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
    7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması  barədə e-arayış xidməti
    8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
    9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti 
    10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti 
    11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
    12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti 
    13. Məşğulluq altsistemindən e-arayış xidməti 
    14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
    15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.