Astarada narkotacirlər  heroin satarkən ƏLƏ KEÇDİ
    • 13-01-2020, 10:45
    • 987

Astarada narkotacirlər heroin satarkən ƏLƏ KEÇDİ

Astara polisi 2,5 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev narkotik vasitə olan heroini Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova satmaq istəyərkən hər ikisi saxlanılıb. 

Astara Rayon Polis Şöbəsinə gətirilən Q.Əliyevin üzərindən bir ədəd bağlamada 2 kiloqram narkotik vasitə olan heroin, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib. 

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini olan Şəbir Səmədli bir büküm narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 530 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırma aparılır.