Avtomobil tunelləri və piyada keçidləri təmizlənir - AAYDA - FOTOLAR
    • 13-01-2020, 11:00
    • 676

Avtomobil tunelləri və piyada keçidləri təmizlənir - AAYDA - FOTOLAR

Yağıntılı havalarda avtomobil tunellərində və yeraltı piyada keçidlərində yağış sularının yığılmasının qarşısını almaq məqsədi ilə təmizlik işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən News24.az-a Bakı şəhərində mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və içərisində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tunellərindən və piyada keçidlərindən istifadə edən vətəndaşlardan yağış-kanalizasiya sistemlərinin ötürücülüyündə problemlərin yaşanmaması üçün təmizliyə riayət etmələrini xahiş edir.