Bakıda küçədən azyaşlı QIZ TAPILDI
    • 13-01-2020, 13:22
    • 688

Bakıda küçədən azyaşlı QIZ TAPILDI

Bakıda azyaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbaut xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində tənha olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb edib və ona yaxınlaşıb.  

Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilib.

Tapılan azyaşlı valideynlərinə təhvil verilib.