Hindistan səfirliyindən Şəhidlər Xiyabanında çəkilən video ilə bağlı AÇIQLAMA
    • 13-01-2020, 14:57
    • 1 093

Hindistan səfirliyindən Şəhidlər Xiyabanında çəkilən video ilə bağlı AÇIQLAMA

Hindistan səfirliyi xəbər saytlarında və sosial mediada dərc olunmuş Şəhidlər Xiyabanında bəzi şəxslər tərəfindən sərgilənən hörmətsiz davranışlarla bağlı videonu izləyib. 

News24.az xəbər verir ki, səfirlik hal-hazırda bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər adiyyəti qurumlarla birgə işləyir.