Bu dairədən 45 nəfər DEPUTAT OLMAQ İSTƏYİR
    • 13-01-2020, 17:39
    • 998

Bu dairədən 45 nəfər DEPUTAT OLMAQ İSTƏYİR

15 saylı Yasamal Birinci Seçki Dairəsindən rekord sayda deputatlığa namizəd var.

News24.az -ın BakuPost -a istinadla verdiyi xəbərə görə, bu dairədən 45 nəfər imza vərəqi götürüb.

DSK-dan verilən məlumata görə, imza vərəqələri təqdim edənlərdən bəzilərinin namizədliyi qeydə alınmayıb, bir–neçə nəfər isə imza vərəqələrini geri qaytarmayıb.

Dairədən neçə nəfərin qeydə alınacağı isə hələlik məlum deyil.

Bildirək ki, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, deputat Ülvi Quliyev, Elçibəyin qohumu, Bəyaz Hərəkatının rəhbəri Hürrü Əliyev də bu dairədən deputatlığa namizəddir.