Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs ƏLƏ KEÇDİ
    • 14-01-2020, 11:42
    • 937

Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs ƏLƏ KEÇDİ

Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb.

News24.az-ın xəbərinə görə, hadisə ötən ilin dekabr ayının 18-də paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, M.Seyidova məxsus avtomobil oğurlanıb.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Məmmədov yanvarın 13-də tutulub.
Faktla bağlı araşdırma aparılır.