“28 Mall”dan oğurluq edən şəxs TUTULDU
    • 29-04-2020, 10:11
    • 797

“28 Mall”dan oğurluq edən şəxs TUTULDU

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki "28 Mall" ticarət mərkəzində baş verib.

Martın 9-da mərkəzdəki mağazaların birində paltar dəyişmə otağında naməlum şəxs müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü T. Talıbzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /Azvision/