Azərbaycanda əməliyyatda qadının bədənində qayçı qalıbmış - FOTOLAR
    • 14-01-2020, 14:15
    • 811

Azərbaycanda əməliyyatda qadının bədənində qayçı qalıbmış - FOTOLAR

Gəncə şəhərində şok hadisə yaşanıb.

News24.az baku.ws-ə istinadən xəbər verir ki, həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhəmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.

Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.

Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar:

“Çox güman özəl xəstəxanadan məni əməliyyat edən Qafar həkim və onun köməkçisi Şəlalə xanıma deyiblər ki, bədənimdə qayçı qalıb.
 
Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən soruşduqda niyə anam əməliyyat edilib tamam başqa söz deyilib.

Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır".

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı məlumatı var: 

“Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir”.

Xatırladaq ki, analoji hadisə Gəncədə 2017-ci ildə də yaşanmışdı. 26 yaşlı Samir Məmmədov Gəncədəki 3 saylı xəstəxanada kor bağırsağından əməliyyat olunan zaman daxildə 10 ədəd tibbi əlcək qalmışdı. Bu, sonradan müayinə zamanı Bakıdakı Topçubaşov adına xəstəxanada üzə çıxmışdı.