Humay DİN-ə müraciət etdi - MAŞININDAN OĞURLUQ OLUB
    • 14-01-2020, 16:25
    • 990

Humay DİN-ə müraciət etdi - MAŞININDAN OĞURLUQ OLUB

Azərbaycanın tanınmış tar ifaçısı Humay Qədimovanın avtomobilindən oğurluq edilib.

Bu barədə News24.az-a tarzən özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 12-i paytaxtın Teymur Elçin küçəsində idarə etdiyi avtomobili park edərək ərazidən uzaqlaşıb. Bir neçə saatdan sonra avtomobilinə yaxınlaşan zaman avtomobilindən əşyaların oğurlandığının şahidi olub. Oğurluqla bağlı 102 qaynar xəttinə şikayət etdikdən sonra onu Səbail rayon 9-cu Polis Bölməsinə dəvət ediblər. Bölmədə şikayət ərizəsini yazan musiqiçi polis əməkdaşlarından təhlükəsiz şəhər kamerasının görüntülərinin göstərilməsini tələb etsə də, ona görüntünü göstərməkdən imtina ediblər. Polis əməkdaşları onunla ayın 13-ü əlaqə saxlayacaqlarını bildiriblər. Amma  bu saatdək heç kim onunla əlaqə saxlamayıb: “Yanvarın 12-si maşımında pul kisəmdən oğurluq hadisəsi baş verib. O da mənim günahim olub. Başım qarışıq olub elə bilmişəm ki, avtomobilin qapısını bağlamışam. “102”-yə zəng etmişəm, bölmədə olmuşam. Həmin ərazidə müşahidə kameraları var və oradakı görüntülərə baxmağıma icazə vermirlər. Bu gün saat 5 də Daxili İşlər Naizrliyinə işimə baxılmaması ilə bağlı ərizə ilə müraciət edəcəyəm. Pul kisəmdə az məbləğ olmayıb. Pul kisəmdə 1000 ABŞ dollar və 1800 manat olub. 

Kameralar vasitəsi ilə maşına kimin girdiyini görmək mümkündür. 2 gündür “102” də daxil olmaqla mənə heç kim məlumat vermir. Qorxuram ki, kameranın çəkmə müddəti bitə bilər və görüntülər oradan silinər. ”.