20 il sonra uşağın doğulması üçün kişilərə ehtiyac qalmayacaq
    • 12-10-2018, 13:05
    • 2 220

20 il sonra uşağın doğulması üçün kişilərə ehtiyac qalmayacaq

Avstraliyalı ginekoloq Dr.David Molloy, qadınların gələcək 20 ildə spermaya ehtiyac olmadan, uşaq dünyaya gətirə biləcəklərini idda edib.

News24.az xəbər verir ki, çinli alimlər bununla bağlı siçanlar üzərində bir neçə sınaq aparıblar.

Belə ki, alimlər,  dişi siçandan yumurta, digər dişi siçanlardan yarım xromosomlu embrion kök hüceyrə alaraq siçan balaları dünyaya gəlməsinə nail olublar.

Bu sınaq erkək siçanlar üzərində o  qədər də uğurlu alınmayıb. Dünyaya gələn bala  siçanlar 48 saat ərzində ölüb.

Dr.Molloy, bu sınaqları insanlar üzərində də etmənin mümkün olduğunu, qadınların spermaya ehtiyac olmadan da uşaq dünyaya gətirə biləcəklərini qeyd edib.

Bu, heteroseksual qadın və kişi cütlüklərinin öz genetikalarından istifadə edərək uşaq dünyaya gətirə biləcəkləri mənasına gəlir.

Hazırda Avstarliya  qanunları buna icazə verməsə də,  Dr.Molloy, vaxt keçdikcə bu halın adiləşəcəyini əlavə bildirib.