"Psixoloqların maaşının artırılması müzakirə olunmur" - TƏHSİL NAZİRLİYİ
    • 15-01-2020, 15:48
    • 741

"Psixoloqların maaşının artırılması müzakirə olunmur" - TƏHSİL NAZİRLİYİ

Ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayımlanıb.

Təhsil Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  Təhsil nazirinin müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur: "Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur".

Qeyd edək ki, ötən gün Kamran Əsədov bununla bağlı açıqlama verib.