“Medianın seçkilərə marağı kifayət qədər böyükdür” - MŞ sədri
    • 16-01-2020, 11:10
    • 779

“Medianın seçkilərə marağı kifayət qədər böyükdür” - MŞ sədri

“Medianın seçkilərə marağı kifayət qədər böyükdür”.

News24.az xəbər verir ki, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O bildirib ki, MŞ əvvəlki illərdə seçkilərlə bağlı monitorinq aparıb: “Bəzən neqativ və xoşagəlməz hallar da müşahidə olunub. Seçkilərlə bağlı KİV təmsilçiləri üçün müəyyən treninqlər də keçirilib”.

MŞ sədri qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar KİV-də monitorinqlər aparacaq: “Eyni zamanda seçki günü bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Həmin gün "qaynar xətt" fəaliyyət göstərəcək. Jurnalistlər həmin "qaynar xətt" vasitəsilə üzləşdiyi problemləri Şuraya bildirəcəklər”.