"Beynəlxalq və yerli jurnalistlər icazə almadan məntəqələrə daxil ola bilərlər"
    • 8-02-2020, 17:35
    • 1 153

"Beynəlxalq və yerli jurnalistlər icazə almadan məntəqələrə daxil ola bilərlər"

Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir.

 

News24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

MSK sədri deyib ki, beynəlxalq jurnalistlər də yerli jurnalistlər kimi heç kimdən icazə almadan bütün seçki məntəqələrinə daxil ola blər.

 

Onun sözlərinə görə, 132 beynəlxalq KİV təmsilçisi parlament seçkilərini işıqlandıracaq.

 

M.Pənahov bildirib ki, parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

 

O, əlavə edib ki, yerli müşahidəçilərin sayı 77790 nəfərə çatıb. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.

 

MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir:

 

"Beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir".