Ödənişli hərbi xidmətin MƏBLƏĞİ AÇIQLANDI
    • 16-01-2020, 12:50
    • 1 255

Ödənişli hərbi xidmətin MƏBLƏĞİ AÇIQLANDI

Türkiyədə 2020-ci il üçün bədəlli hərbi xidmətin məbləği açıqlanıb.

News24.az xəbər verir ki, 2020-ci ilin ilk yarısı üçün hərbi xidmətin qiyməti 35 min 54 lira 64 kuruş (10,137 AZN) təyin olunub.

Ölkə xaricində yaşamaq və ya işləmək icazəsi olan vətəndaşlar üçün isə məbləq 5 min 261 avrodur (9,973 AZN).

Xidmətdən istifadə etmək istəyənlər 30 iyun saat 18:00-a qədər təyin olunan məbləği ödəməlidirlər.