ABŞ İranın hücumu zamanı 11 əskərin - xəsarət aldığını təsdiqləndi

ABŞ İranın hücumu zamanı 11 əskərin - xəsarət aldığını təsdiqləndi Dünya
ABŞ Mərkəzi Komandanlığı İranın İraqdakı hərbi bazasını atəşə tutduğu zaman 11 ABŞ əskərinin xəsarət aldığını təsdiqləyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilərin beyin silkələnməsi diaqnozu ilə  Almaniya və Küveyt xəstəxanalarına təxliyə edilib. 

Qeyd edək ki, İran yanvarın 8-də Bağdadda İran generalı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq 15-ə yaxın raketlə ABŞ bazalarını bombalayıb.

ABŞ prezidenti Donald Tramp və Pentaqon tərəfindən səsləndirilən rəsmi məlumatlara görə ABŞ qoşunları arasında itki olmayıb.