Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşdü - YARALILAR VAR
    • 17-01-2020, 10:04
    • 1 095

Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşdü - YARALILAR VAR

Bakıda marşrut avtobusu qəza törədib.

News24.az xəbər verir ki, Xəzər rayonu, Albalılıq qəsəbəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan 4 nəfər məktəbli xəstəxanaya yerləşdirilib.  Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. /apa.az/