Bakıda bir nəfər günvurma nəticəsində öldü
    • 7-07-2018, 11:22
    • 944

Bakıda bir nəfər günvurma nəticəsində öldü

Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

// Report.az