-
- 18-01-2020, 15:38
- 1 917
“Vətən, Vətən!” deməklə iş bitmir...” - RAMİL QASIMOV - VİDEO
“Hər bir yaradıcı insanın həyatında çox önəmli günlər olur. Bu gün mənim həyatımda məhz belə özəl günlərdən biridir. Bildiyiniz kimi, 20 Yanvar hadisələri ilə bağlı cənab Prezidentimiz İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncama teatrlar, mədəniyyət mərkəzlərimiz də öz münasibətini bildirirlər. Bu məqsədlə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı şəhidlərimizin, xüsusən, Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş bir hissəli opera səhnələşdirib”.
Bu sözləri News24.az-a açıqlamasında ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində “Mübariz” operasında səhnəyə çıxan əməkdar artist Ramil Qasımov deyib. Operada Mübariz obrazına həyat verən R.Qasımov hisslərini belə dilə gətirib: “Bu tamaşa ərsəyə gəlməmişdən öncə çox düşünürdüm ki, bu gün mən Koroğlunu, Molla Pənah Vaqifi canlandırıram. Eyni zamanda da “Sevil” operasında Balaşı oynayıram. Amma bizim milli qəhrəmanlarımız da var. Azərbaycanın Mübariz kimi oğlu var. Bu, səhnələşdirilməlidir. Şükür ki, bu arzum gerçək oldu”.
Sənətminin fikrincə, bu tamaşa orta məktəblərdə, təhsil ocaqlarında da nümayiş olunmalıdır: ”Mübariz” tamaşası yalnız bu məkanda yox, bütün məktəblərdə təqdim olunmalıdır. Şərt deyil ki, Ramil Qasımov oynasın. Bizim digər ifaçılarımız da bu əsərdə oynamalıdır. Musiqi dili ilə vətənpərvərlik ruhu təbliğ olunmalıdır. Bu, bizim mənəvi borcumuzdur. Düşünürəm ki, bu addım mütləqdir. Çünki, “Vətən! Vətən!” deməklə olmur. Gərək bunu əməllərdə göstərəsən. Buna görə də bütün yaradıcı kollektivə, çalışdığım Azərbaycan televiziyasına borcluyam. Burada böyük kollektivin əməyi var. Mən bütün şəhid ailələrinin, Mübariz İbrahimovun ailəsinin qarşısında baş əyirəm. Onlar bizə belə fədakar, vətənpərvər, qorxmaz oğullar bəxş ediblər. Hər biri bizim iftixar hissimizdir. Bu obrazı canlandırmaq mənüm üşün böyük şərəfdir”.
Qeyd edək ki, operada Dövlət Mahnı və Rəqs ansamblı, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xoru çıxış edib.
Liberettonun müəllifi Şahin Musaoğlu, bəstəkarı isə Nərminə Nağıyeva, quruluşçu rejissoru isə İnarə Babayevadır.