Goranboyda 4 nəfər qar altında qaldı
    • 21-01-2020, 09:00
    • 792

Goranboyda 4 nəfər qar altında qaldı

Goranboyda avtomobil qarda batıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.