Kürdəmirdə yük maşını minik avtomobili ilə TOQQUŞDU
    • 15-01-2020, 09:22
    • 1 030

Kürdəmirdə yük maşını minik avtomobili ilə TOQQUŞDU

Kürdəmirdə ağır avtomobil qəzası baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 112" qaynar telefon xəttinə “Ford” markalı yük avtomobili və “ГАЗ” markalı minik avtomobilinin toqquşması ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər;