İŞİD-in yeni lideri - BƏLLİ OLDU

İŞİD-in yeni lideri - BƏLLİ OLDU Dünya
İŞİD terror qruplaşmasının yeni liderinin kimliyi açıqlanıb.

News24.az "Guardian"a istinadən xəbər verir ki, bu Əmir Məhəmməd Əbdül Rəhman əl-Mövli əl Salbidir.

Qeyd olunub ki, Salbi ötən ilin oktyabrında keçmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsindən bir neçə saat sonra terrorçuların lideri olub.

Əmir əl Salbi İŞİD qurucularından biri və onun ideoloqu hesab olunur.