AzTV-də yeni təyinat - FOTO
    • 30-04-2019, 13:47
    • 2 369

AzTV-də yeni təyinat - FOTO

Azərbaycan Dövlət Televiziyasında yeni təyinat olub.

News24.az xəbər verir ki, tanınmış teleaparıcı Dilarə Səlim telekanalda mədəniyyət xəbərləri bölməsinin redaktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Dilarə Səlim 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. O, “Televiza”, “Kinofakt” və “Səhər” verilişlərində müəllif-aparıcısı olub. 2007-ci ildən etibarən isə telekanalda “Səhər” proqramında müəllif və aparıcı, “Xəbərlər”də isə aparıcı kimi çalışır.