-
- 6-09-2018, 16:09
- 2 764
AzTv-də “Anşlaq” olacaq
Yerli telekanallar yeni mövsümə hazırlaşır.
News24.az olaraq telekanallarda baş verəcək yenilikləri araşdırdıq. İlk olaraq ölkənin əsas kanalı Azərbaycan Televiziyası QSC və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə maraqlandıq.
AzTv bir sıra yeniliklər vəd edir. Tezliklə möhtəşəm layihələrə imza atmağa hazırlaşan kanal hər zaman olduğu kimi, milliliyi, milli adət-ənənləri qorumağı, efir mədəniyyətinə sadiqliyi vəd edir.
Bəlli oldu ki, yeni mövsümdən AzTv-də “Anşlaq” verilişi yayımlanacaq. Proqramın ilk buraxılışı 18 sentyabr dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə həsr edilmiş Milli Musiqi Günündə efirə gedəcək.
Hər şənbə saat 21:40-da yayımlanacaq verilişin aparıcısı tanınmış teleaparıcı Nəsib Nur olacaq. Həmçinin qeyd edək ki, N.Nur artıq Azərbaycan Televiziyasının işçisidir.
Telekanalda daha bir dəyişiklik isə tanınmış teleaparıcı Lamiyyə Ələkbərova ilə bağlıdır. Belə ki, peşəkar aparıcı bit neçə aydır fəaliyyətini Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında direktor müavini vəzifəsində davam etdirir.
Məsələ ilə bağlı Lamiyyə Ələkbərovaya zəng vurduq. Xəbərləri təsdiqləyən L.Ələkbərova ona göstərilən edimadı da doğrultmağa çalışacağını bildirdi.
Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının rəhbəri Ramil Qasımovla da əlaqə saxladıq. O da xəbərləri təsdiqlədi və əlavə etdi ki, yeni mövsümdən “Yaradanlar və yaşadanlar” adlı veriliş yeni formatda Beynəlxalq Muğam Mərkəzində çəkiləcək.
R.Qasımov həmçinin sentybar və dekabr ayları ərzində yeni tədbirlər planının həyata keçəcəyini bildirdi.
AzTv-nin “Mədəniyyət” kanalında səhər verilişi də fəaliyyətə başlayacaq. AzTv-nin daha bir yeni layihəsi "İllərin nəğmələri" adlanır. Verilişin aparıcı Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru Nurlana Cəfərovadır. "İllərin nəğmələri" nin ilk efiri 23 sentyabra planlaşdırılıb.
Türkan Məmmədli