Masallıda ev yanıb külə döndü
    • 22-01-2020, 01:00
    • 953

Masallıda ev yanıb külə döndü

Masallının Qarğalıq kəndində ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.