DİN-dən şok statistika - 74 NƏFƏR SAXLANILDI
    • 22-01-2020, 09:39
    • 877

DİN-dən şok statistika - 74 NƏFƏR SAXLANILDI

Sutka ərzində daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlanıb.
   
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən ediib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.