Yunanıstanda ilk dəfə QADIN PREZİDENT OLDU
    • 22-01-2020, 13:33
    • 683

Yunanıstanda ilk dəfə QADIN PREZİDENT OLDU

Yunanıstanın yüksək inzibati məhkəməsinin Dövlət Şurasının sədri Yekaterina Sakellaropul Yunanıstanın yeni Prezidenti seçilib.

News24.az "RİA"ya istinadən xəbər verir ki, bununla da Yunan dövləti ilk dəfə olaraq qadın tərəfindən idarə ediləcək.

Səsvermə çərşənbə günü səhər parlamentdə baş tutub.

Hazırda 300 deputatdan 200-dən çoxu Sakellaropolula səs verib və bu səs sayı seçilmək üçün  kifayətdir. Hazırda səsvermə davam edir.