-
- 23-01-2020, 13:50
- 950
Təhsil naziri gənclərə səsləndi- VİDEO
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Təhsil naziri Ceyhun Bayramov gənclərə müraciət ünvanlayıb.
News24.az-ın məlumatına görə, nazir istedadları ilə fərqlənən şəxslərə müraciət edərək bildirib ki, ölkəmizdə istedadlı uşaqlarla iş ümumi təhsil müəssisələrindən başlayır. Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin, belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır.
Müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək.
“Yüksəliş” istedadlı şəxslər üçün yeni bir imkandır!
“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!"
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir