Qazaxıstanda qızılca 21 nəfəri öldürdü
    • 23-01-2020, 15:10
    • 775

Qazaxıstanda qızılca 21 nəfəri öldürdü

Qazaxıstanda 2019-cu ildə 21 nəfər qızılcanın qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Jandarbek Bekşin brifinq zamanı deyib.
O bildirib ki, xəstəlikdən ölənlərin 19 nəfəri uşaq olub.
Nazirlik nümayəndəsinin sözlərinə əsasən, ölənlər qızılcadan peyvənd olmayıblar.

Qeyd olunur ki, ölkədə qızılcaya qarşı peyvəndin aparılması üçün 2 milyondan çox vaksin əldə olunub. /Trend/