"Baku Media Mərkəzi"indən Arzu Əliyevaya özəl təbrik - VİDEO
    • 23-01-2020, 15:39
    • 1 264

"Baku Media Mərkəzi"indən Arzu Əliyevaya özəl təbrik - VİDEO

Bu gün prezident İlham Əliyevin qızı Arzu Əliyevanın doğum günüdür. 

News24.az xəbər verir ki, "Baku Media Mərkəzi" Arzu Əliyeva ilə bağlı xüsusi çarx hazırlayıb və ad günü münasibəti ilə təbrik edib:

"Zərif, gözəl, mehriban — Bakı Media Mərkəzinin təsisçisi Arzu xanım Əliyeva bütün bu xüsusiyyətləri özündə cəmləşdirir. Arzu xanıma kollektivimiz adından möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar diləyirik!"

Qeyd edək ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində anadan olub. 1995-2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb.

Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb. Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.

3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən Azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub. 9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.