Bu gün Beynəlxalq Təhsil Günüdür
    • 24-01-2020, 14:26
    • 706

Bu gün Beynəlxalq Təhsil Günüdür

24 yanvar Beynəlxalq Təhsil Günüdür.

News24.az xəbər verir ki, bu günlə bağlı YUNESKO-nun baş direktoru Odre Azulenin dünya ölkələrinə müraciəti yayımlanıb.

Təhsilin dünyada sülhün qorunmasında ən vacib alət olduğu bildirilən müraciətdə qeyd olunur ki, təhsil üçün fəaliyyət tərəqqi üçün hərəkət etmək deməkdir.

Təhsil gələcəyin ən yaxşı sərmayəsidir. Təhsil orta və uzunmüddətli dövrdə yoxsulluq və bərabərsizliyi azaltmaq, sosial inteqrasiyanı təşviq etmək üçün ən təsirli yoldur.